Ödəmə terminalları işləməyəndə avtobusa necə minmək olar?

Avtobusların kart sisteminə keçməsinin müsbət tərəfləri olsa da, hələlik bəzi problemlərdə var. Bu problemlər, bəzi yerlərdə ödəmə terminallarının işləməməsi, terminalların parıltılı yeni qəpikləri qəbul etməməsi və bəzi yollarda təmir işlərinin getməsinə görə terminalların müvəqqəti ləğv olunmasıdır. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Yeniavaz.com"a açıqlamasında bildirdi ki, yeni qəpiklərlə bağlı 2016-cı ilin sonlarında belə hal olmuşdu, bu da dövriyyəyə yeni qəpiklərin buraxılması ilə bağlı idi: "Çünki, ödəniş terminallarının yaddaşı uzun müddət parıltısız işlək qəpiklərə öyrəşdiyindən parıltılı qəpiklərin tanınmasında çətinlik yaranmışdı. Lakin, sonradan bu məsələ də öz həllini tapdı".

M.Ağayev, təmir olunan yerlərdəki terminallar haqda da danışdı. O bildirdi ki, bu problem müvəqqətidir: "Təmirdən sonra əvvəlki qaydada terminallar işləyəcək. Sərnişinlrdən xahiş edirik ki, bunu nəzərə alıb əvvəlcədən tədbirlərini görsünlər. Sərnişinlərimiz kartlarına gediş haqqı yükləsinlər ki, belə problemlərlə qarşılaşmasınlar".

DİGƏR XƏBƏRLƏR

Top