Bağçanın həyətindəki ağac yaşayış binasının üstünə aşdı – Video


Mingəçevir şəhərində ağac üçmərtəbəli yaşayış binasının üstünə aşıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
Hadisə nəticəsində evinə ziyan dəyən sakin bununla bağlı görüntüləri sosial mediada yayıb.
O bildirib ki, 9 saylı körpələr evi-uşaq bağçasının həyətindəki irigövdəli ağac qırılaraq onun mənzilinin üzərinə aşıb və nəticədə mənzilə ciddi ziyan dəyib.
Mingəçevir sakinin sözlərinə görə, əvvəllər həmin ağacın quruması və təhlükəli vəziyyət yaratması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.

DİGƏR XƏBƏRLƏR

Top