860 min nəfər Trampın Britaniyaya səfərinin əleyhinədir

Böyük Britaniya parlamentinin saytında həyata keçirilən və ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinə qarşı çıxan onlayn-petisiyanı 860 min nəfər dəstəkləyib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, petisiyanı parlament saytında Qrem Uest adlı şəxs yerləşdirib. "Donald Tramp Birləşmiş krallığa səfərə buraxılmamalıdır" adlı petisiyanı bir neçə saat ərzində 100 min adam dəstəkləyib. Petisiyanı dəstəkləyənlərin sayının yaxın saatlarda bir milyonu ötəcəyi gözlənilir. Trampa qarşı Böyük Britaniyada mənfi münasibətin artması Ağ ev rəhbərinin müsəlman ölkələrindən olan miqrantların və qaçqınların Amerikaya girişinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top