
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının girişində ABŞ-yə məxsus pilotsuz sualtı qayığı ələ keçirdiyini açıqlayıb.
Yeniavaz.com “Reuters”ə iatinadla xəbər verir ki, İran dövlət mediası ələ keçirilən aparatın Kaliforniyada yerləşən müdafiə şirkəti “Anduril” tərəfindən hazırlanmış “Dive-LD” markalı pilotsuz sualtı qayıq olduğunu bildirib.
Şirkətin məlumatına görə, uzunluğu 5,8 metr olan bu sualtı aparat minaların aşkarlanması və zərərsizləşdirilməsi, dəniz dibinin xəritələndirilməsi, kəşfiyyat məlumatlarının toplanması, həmçinin kabellər və boru kəmərləri kimi sualtı infrastrukturun yoxlanılması da daxil olmaqla müxtəlif missiyaları yerinə yetirə bilir.
Pentaqonun sözçüsü isə bildirib ki, həmin sualtı aparat ələ keçirilməzdən bir gün əvvəl nasaz vəziyyətə düşüb və faktiki olaraq hərəkətsiz qalıb. ABŞ tərəfi onun köhnə model olduğunu, həssas məlumat toplamadığını və məxfi sonar və ya radar avadanlığı daşımadığını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz