
Bu gecə ABŞ ordusu İranın xam neft daşıyan beş tankerini məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, bu addım İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra atılıb.
“ABŞ gəmisi hər iki hücumdan yayınaraq bölgədə patrul fəaliyyətini davam etdirib və amerikalı hərbçilər arasında xəsarət alan olmayıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, hücumdan əvvəl İran gəmilərinin ekipajlarına onları tərk etmək göstərişi verilib və daha sonra tankerlər sıradan çıxarılıb.
ABŞ tərəfi bu tankerlərin SEPAH və onun regiondakı müttəfiqlərini maliyyələşdirən, milyardlarla dollar həcmində olduğu bildirilən kölgə neft şəbəkəsinin bir hissəsi olduğunu iddia edib.
Qeyd edək ki, bu, son günlər ərzində ABŞ-nin İran neft tankerlərinə qarşı ikinci belə əməliyyatıdır. 5 sentyabrda CENTCOM ABŞ aviadaşıyıcısı və idarəolunan raketlərə malik esminesə qarşı SEPAH-ın hücum cəhdindən sonra üç İran tankerini məhv etdiyini açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz