
Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.
Tətbiqimizi yükləyə bilərsiniz