Messi daha bir klub alır


Səkkizqat “Qızıl top” mükafatı sahibi argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunu almaq üçün prinsipial razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, Messi komandanın hazırkı sahibləri ilə razılıq əldə edib və üçüncü tərəfin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.
İkinci dərəcəli İspaniya liqasında çıxış edən klub, hücumçunun peşəkar futboldan təqaüdə çıxdıqdan sonra yaşamağı planlaşdırdığı Kataloniya yaxınlığındakı Alikante əyalətində yerləşir.
Əgər müqavilə baş tutarsa, Messi 2026-cı ildə ikinci komandanı əldə edəcək. Belə ki, bu ilin aprel ayında argentinalı mütəxəssisin Kataloniyada yerləşən “Cornelya” klubunun sahibi olduğu açıqlanmışdı.
Qeyd edək ki, 39 yaşlı Messi 2023-cü ildən “İnter Mayami” komandasında oynayır. Argentinalı futbolçu Avropada PSJ və “Barselona” komandalarında oynayıb və orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Hücumçu FİFA Dünya Kuboku çempionu (2022), iki dəfə Dünya Kubokunun ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və iki dəfə “Copa America” qalibidir (2021, 2024). Messi ən çox "Qızıl Top" mükafatına sahib olan futbolçudur.
Messi Argentina milli komandasında 207 oyun keçirib və 125 qol vurub. O, milli komandada hər iki kateqoriya üzrə bütün dövrlərin rekorduna sahibdir. Hücumçu altı Dünya Kubokunda oynayıb. Argentinanın finala yüksəldiyi 2026-cı il Dünya Kubokundan sonra o, beynəlxalq futboldan ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top