Qış turizmi üçün böyük potensial var - amma istirahət mərkəzləri bomboşdur-VİDEO

Qızılgüllər diyarı olan Zaqatalada həm yay, həm də qış turizmi üçün böyük potensial var. Yayda istirahətə etmək istəyənlərin axın etdiyi bu bölgədə qışda turist görmək müşkülə çevrilib. Söhbət Qızılgüllər diyarı və kiçik Paris adlandırılan Zaqataladan gedir. Bu rayonda yay və qış turizmi üçün geniş imkanlar var. Həm təbiəti, həm də mətbəxi qış turizminin inkişafına imkan yaradır. Qış aylarında daha çox yerli mətbəx nümunələrinə, xüsusən də xəmir xörəklərinə üstünlük verilir.

Ötən il Zaqatalaya 20-mindən çox turist gəlib. Rayonun Car kəndi yaşıl turizmin ən çox inkişaf etdiyi ərazilərdəndir. Yayda bu kənddə istirahət etmək istəyənlər gərək öncədən evlərdə otaq sifariş etsinlər. Elə istirahət mərkəzlrində də yay boyunca sıxlıq müşahidə edilir. Qışda isə heç kəs gözə dəymir.

Rayonda ilboyu turist qəbul etmək iqtidarında olan yerlər də var. Lakin bir çox istirahət mərkəzləri müştəri azlığına görə yalnız yay aylarında fəaliyyət göstərir.Xezerxeber

Zaqatala

DİGƏR XƏBƏRLƏR

Top