Londonlu futbolçu Uqanda kralı ola bilər


Londonun “Dons” futbol klubunun qapıçısı və kapitanı Corc Desmond Kamurasi Uqandanın qərbindəki ənənəvi Toro Krallığının yeni kralı ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzetinin məlumat yayıb.
Məlumata görə, 36 yaşlı Kamurasi Oyo əyalətinin mərhum kralı IV Nyimba Kabamba İquru Rukidin varisi təyin edilib.
O, mərhum monarxın əmisi oğlu və Şahzadə Corc Desmond Muqenyinin oğludur. Kamurasi Böyük Britaniyada böyüyüb və İngiltərə futbolunun doqquzuncu liqasında oynayan “Dons” komandasında oynayır.
Qeyd edək ki, daha əvvəl Uqanda mediası Kamurasinin namizədliyini varisin müəyyən edilməsi üçün yaradılan 21 nəfərlik kral ailəsi komitəsinin 18 üzvündən 15-nin dəstəklədiyini bildirib. Lakin hakim Babiito klanı bu məlumatı rəsmi olaraq təsdiqləməyib. Klanın rəsmi nümayəndəsi Mozes Musinquzi səsvermə ilə bağlı məlumatların ənənəvi varislik qaydasına uyğun olmadığını bildirib. Musinquzinin sözlərinə görə, yeni monarxın kimliyi Oyonun dəfn mərasimi ilə müşayiət olunan ənənəvi mərasimlər zamanı məlum olacaq. Klan başçısının rəhbərliyi ilə Omusanqa ritual yerindən keçən, sonra kral təbilini qəbul edən və kral təbilini çalan şahzadə yeni Omukama - Toro Kralı kimi tanınacaq. Oyonun dəfn mərasimi onun taxta çıxmasının 31-ci ildönümünündə  - sentyabrın 12-də baş tutacaq.
Xatırladaq ki, mərhum Toro Kralı Oyo 16 aprel 1992-ci ildə anadan olub. O, atası Patrik Devid Mettyu Kaboyo III Olimi-nin ölümündən sonra, 12 sentyabr 1995-ci ildə, üç yaşında taxta çıxıb. O dövrdə Oyo dünyanın ən gənc monarxı hesab olunurdu. Yetkinlik yaşına çatana qədər regensiya şurası ona krallığın işlərinin idarə olunmasında kömək edib. Kral 27 avqustda ABŞ-də vəfat edib və o, xərçəngin aqressiv formasından müalicə alıb. O, təxminən 31 il hökmranlıq edib.
Uqandadakı ənənəvi krallıqlarda dövlət siyasi hakimiyyəti yoxdur, lakin onların monarxları əhəmiyyətli mədəni və sosial təsirini saxlayır.

DİGƏR XƏBƏRLƏR

Top