Bu Avropa ölkələri İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edəcək


Böyük Britaniya və daha 11 Avropa ölkəsi qanunsuz işğal olunmuş İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edəcək.
Yeniavaz.com
“BBC News” telekanalına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband parlamentdəki çıxışında bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdəki İsrail yaşayış məntəqələrindən malların idxalı qadağan ediləcək.
Böyük Britaniya XİN rəhbəri İordan çayının qərb sahilində etnik təmizləmə həyata keçirildiyini və İsrail hökumətinin baş verənlərə göz yumduğunu bildirib.
Miliband Fransa, Kanada, Danimarka, İspaniya, Finlandiya, İrlandiya, İslandiya, Norveç, Polşa, Portuqaliya və İsveçin də İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalara qoşulacağını qeyd edib.
O, həmçinin, Londonun “iki dövlətli” həll prinsipindən güzəştə getməyəcəyini əlavə edib.
Bu qərar İsrailin İordan çayının qərb sahilində təxminən 1200 ev tikmək barədə plan tərtib etməsi və ilin əvvəlindən bəri İsrail köçkünlərinin fələstinlilərə hücumlarının artması fonunda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top