
Türkiyənin “Turkish Airlines” aviaşirkəti İngiltərənin “Liverpul” futbol klubunun yeni titul sponsoru olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
2010-cu ildən bəri komandanın titul sponsoru Britaniyanın “Standard Chartered” bankıdır. “Turkish Airlines” isə 1 iyun 2027-ci il tarixindən Liverpool FK-nın Premyer Liqa Tərəfdaşı olacaq.
“The Athletic” qəzetinin məlumatına görə, müqavilə 5 illikdir və dəyəri 350 milyon avrodan çoxdur.
Bu, İngiltərə Premyer Liqası (EPL) tarixində ən böyük müqavilədir.
Qeyd edək ki, “Liverpul” 20 dəfə İngiltərə çempionu olub, altı dəfə Çempionlar Liqasını, dörd dəfə UEFA Super Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz