
70-80-ci illərin ab-havası sosial şəbəkələrdə yenidən populyarlaşıb.
Yeniavaz.com xəbər verir ki, həmin illərin geyimləri, musiqiləri, saç düzümləri və foto üslubu xüsusilə nostalji paylaşımlarla gündəmə gəlir.
Ölkəmizdə də sosial şəbəkə istifadəçiləri bu trendə qoşulmağa başlayıblar. İstifadəçilər köhnə fotolarını paylaşır, 70-80-ci illərin geyim və musiqilərindən istifadə edir, həmin dövrün görüntülərini müasir formada canlandırırlar.
Bu trend insanlarda nostalji, xoş xatirələrə qayıdış və keçmiş üçün darıxmaq hissi yaradır. Xüsusilə, həmin illəri yaşamış insanlar köhnə musiqi və görüntüləri gördükdə uşaqlıq və gənclik illərini xatırlayırlar.
Gənc nəsil üçün isə bu dövr daha fərqli və maraqlı təsir bağışlayır. Onlar 70-80-ci illərin rəngli geyimlərini, musiqisini və həyat tərzini sosial şəbəkələr vasitəsilə kəşf edirlər.
İllər əvvəl geridə qalan 70-80-ci illərin ab-havası bu dəfə nostalji və sosial şəbəkə trendi kimi yenidən həyatımıza qayıdır.
Tətbiqimizi yükləyə bilərsiniz