
ABŞ 27 İran aviaşirkəti və bir fiziki şəxs də daxil olmaqla 35 təşkilata sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumatl yayıb.
Məlumata görə, İran əleyhinə sanksiyalar siyahısına “Iran Aseman Airlines”, “Kish Airlines”, “Qeshm Air”, “Zagros Airlines”, “Iran Air Tour”, “Chabahar Airlines”, “Sepehran Airlines”, “Taban Airlines” və digər şirkətlər əlavə edilib.
Sanksiya siyahısına BƏƏ, Türkiyə, Böyük Britaniya, Malayziya və Qazaxıstandan bir neçə şirkət də daxil edilib. Bu şirkətlərə “Mahan Air” və ya “ECT Aviation Support”la əlaqələrinə görə, sanksiya tətbiq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz