
Fransada Renuar Muzeyindən dörd rəsm əsəri oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər baş verib. Oğrular polis gələnə qədər qaçmağa nail olublar.
Müstəntiqlər muzeyin bağçasında oğrularən qaçarkən yerə saldıqları iki rəsm əsərini aşkar ediblər.
İstintaqa Mütəşəkkil Cinayətkarlıq və Xüsusi Cinayətkarlıqla Mübarizə Bölməsi rəhbərlik edir.
Oğurlanmış sənət əsərlərinin dəyəri 9 milyon avro qiymətləndirilir.
Ümumilikdə muzeydə Renuarın 13 rəsmi, həmçinin digər rəssamların əsərləri nümayiş etdirilir.
Qeyd edək ki, muzey Pyer-Ogüst Renuarın Kan-sür-Mer şəhərindəki son iqamətgahı olan Le Kolett malikanəsində yerləşir. Ümumilikdə muzeydə Renuarın 13 əsəri, o cümlədən, digər rəssamların əsərləri nümayiş etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz