
Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununa hakim heyəti açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Məlumata görə matçı idarə etmək üçün Fransadan olan hakimlər heyəti təyin edilib.
Belə ki, matçın başhakimi Villi Delajod olacaq. Ona yan xətt hakimləri kimi Ervan Finjan və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Metyu Vernis yerinə yetirəcək.
Video köməkçi hakim (VAR) Jerom Brisar (Fransa), Video köməkçi hakimin köməkçisi (AVAR) isə Momçilo Markoviçə (Serbiya) olacaq.
Oyun sentyabrın 10-da İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz