Gürcüstana ən çox investisiya yatıran ölkələr açıqlanıb – Azərbaycan 6-cı sırada


Gürcüstanın Statistika İdarəsi (“Geostat”) 2026-cı ilin ilk yarısında ölkə iqtisadiyyatına yatırılan xarici birbaşa investisiyaların (XBİ) həcmini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ilkin hesablamalara əsasən, 2026-cı ilin ilk iki rübündə Gürcüstana ümumilikdə 750 milyon dollar xarici birbaşa investisiya daxil olub.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 211 milyon dollar və ya 22% azdır.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Gürcüstana ən çox investisiya yatıran ölkə Çin olub. Çindən Gürcüstana 236 milyon dollar investisiya daxil olub.
İnvestisiya həcminə görə ikinci yerdə Böyük Britaniya qərarlaşıb. Bu ölkədən Gürcüstana 176 milyon dollar investisiya yatırılıb. Malta 63 milyon dollarla üçüncü, ABŞ 58 milyon dollarla dördüncü yerdə qərarlaşıb.
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Gürcüstana yatırılan investisiyalarda isə kəskin artım qeydə alınıb. Belə ki, BƏƏ-dən investisiyalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 366% artaraq 52 milyon dollara çatıb.
Azərbaycan isə 45 milyon dollar investisiya ilə siyahıda 6-cı yerdə qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana investisiyaların həcmi 23% azalıb.
2026-cı ilin ilk yarısında Gürcüstana ən çox investisiya yatıran ölkələr aşağıdakı kimi olub:
Çin – 236 milyon dollar (Ötən ilin eyni dövründə investisiya olmayıb)
Böyük Britaniya – 176 milyon dollar (-45%)
Malta – 63 milyon dollar (+42%)
ABŞ – 58 milyon dollar (+65%)
Birləşmiş Ərəb Əmirlikləri – 52 milyon dollar (+366%)
Azərbaycan – 45 milyon dollar (-23%)
Almaniya – 38 milyon dollar (+27%)
Rusiya – 37 milyon dollar (-34%)
İsrail – 32 milyon dollar (-65%)
Marşal Adaları – 27 milyon dollar (-13%)


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top