
“Gənclik Mall” ticarət mərkəzində həyəcan siqnalı verilib.
Yeniavaz.com xəbər verir ki, sosial media istifadəçiləri ticarət mərkəzində yerləşəm “Massimo Dutti” mağazasında yanğın olması barədə məlumat yayıblar.
Bildirilib ki, hadisə ilə bağlı ticarət mərkəzində həyəcan siqnalı verilib və ziyarətçilər təxliyə ediliblər.
Tüstülənmənin olmasını əks etdirən kadrlar da yayılıb.
“Gənclik Mall” ticarət mərkəzi də məsələ ilə bağlı məlumat yayıb və yaranmış texniki xəta səbəbindən xəbərdarlıq sisteminin işə düşdüyü bildirilib.
Qeyd olunub ki, hazırda ticarət mərkəzində hər şey qaydasındadır.
Tətbiqimizi yükləyə bilərsiniz