
Macarıstan Xarici İşlər Nazirliyi Rusiya diplomatik nümayəndəliyinin 10 əməkdaşına ölkəni tərk etməyi əmr edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, həmin şəxslər Vyana Konvensiyası çərçivəsində diplomatlar üçün qəbuledilməz fəaliyyətlərlə məşğul olublar.
“Qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qorumaq məqsədi daşıyır”, - deyə bəyanatda qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyi diplomatların qovulmasına cavab verəcəyinə söz verib.
Tətbiqimizi yükləyə bilərsiniz