Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi – Video


Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota Aqua" markalı minik avtomobilinin idarəetməni itirərək beton pilləyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Baxşəliyev Əmrah Zaur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top