Ruslan Əlixanov vəzifəsindən azad olundu


Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.
Yeniavaz.com
xəbər verir ki, qərar Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən, Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən qəbul olunub.
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.

DİGƏR XƏBƏRLƏR

Top