Beş il ərzində dəyərini ən çox qoruyan və itirən avtomobillər məlum oldu – Siyahı


“Porsche 718 Cayman” beş ildən sonra dəyərini ən yaxşı qoruyan avtomobildir.
Yeniavaz.com
xəbər verir ki, “iSeeCars” şirkəti 2025-ci ilin martından 2026-cı ilin fevralına qədər satılan 950 mindən çox beş il işlənmiş avtomobili təhlil edib.
Araşdırmaya görə, “Porsche 718 Cayman”ın dəyəri beş il ərzində orta hesabla cəmi 9,6 faiz ucuzlaşıb. Bu, ilkin qiymətlə müqayisədə təxminən 6 988 dollar itki deməkdir.
İkinci yerdə “Porsche 911” qərarlaşıb. Bu modelin dəyəri beş ildə 11,1 faiz azalıb. Üçüncü yeri isə 18,7 faiz dəyər itkisi ilə “Chevrolet Corvette” tutub.
Dəyərini ən yaxşı qoruyan 15 avtomobil arasında “Toyota” modelləri də üstünlük təşkil edib. Siyahıda “Toyota Tacoma”, “Tundra”, “RAV4 Hibrid”, “Corolla”, “Corolla hetçbek” və digər modellər yer alıb.
Dəyərini ən yaxşı qoruyan 15 avtomobil modeli aşağıdakı kimi olub:
“Porsche 718 Cayman” – 9,6%
“Porsche 911” – 11,1%
“Chevrolet Corvette” – 18,7%
“Toyota Tacoma” – 19,9%
“Toyota Tundra” – 21,2%
“Honda Civic” – 22,9%
“Subaru BRZ” – 23,7%
“Toyota GR Supra” – 24,0%
“Toyota RAV4 Hibrid” – 25,2%
“Toyota Corolla hetçbek” – 25,5%
“Toyota 4Runner” – 25,5%
“Lexus RC 300/350” – 26,6%
“Ford Mustang” – 26,8%
“Toyota Corolla” – 27,6%
“Toyota Sienna” – 28,5%


Digər tərəfdən, ən çox dəyər itirən avtomobillər arasında elektromobillər və lüks modellər üstünlük təşkil edir. “Nissan LEAF” beş il ərzində dəyərinin 63,1 faizini itirərək siyahının ilk pilləsində qərarlaşıb. “INFINITI QX80” 62,8 faiz, “Volkswagen ID.4” 62,1 faiz, “Tesla Model S” isə 62 faiz ucuzlaşıb.
Ən çox dəyər itirən 15 avtomobil arasında 6 elektromobil var. Bunlara “Nissan LEAF”, “Volkswagen ID.4”, “Tesla Model S”, “Tesla Model X”, “Ford Mustang Mach-E” və “Tesla Model Y” daxildir.
Araşdırmada qeyd olunur ki, elektromobillərin dəyərinin daha sürətlə azalmasının səbəblərindən biri yeni modellərin daha böyük yürüş məsafəsi, daha sürətli enerji yığma və yeni texnologiyalar təklif etməsidir.
Lüks avtomobillərdə də ciddi dəyər itkisi qeydə alınıb. “Land Rover Range Rover” beş ildə dəyərinin 61,7 faizini itirib. Bu model üzrə orta itki 69 856 dollar olub.
Ən çox dəyər itirən 15 avtomobil modeli isə aşağıdakı kimi olub:
“Nissan LEAF” – 63,1%
“INFINITI QX80” – 62,8%
“Volkswagen ID.4” – 62,1%
“Tesla Model S” – 62,0%
“Land Rover Range Rover” – 61,7%
“BMW 7 Seriyası” – 61,6%
“Tesla Model X” – 61,2%
“Ford Mustang Mach-E” – 60,8%
“BMW 5 Seriyası (hibrid)” – 59,5%
“INFINITI QX60” – 58,3%
“Land Rover Range Rover Sport” – 58,3%
“Audi Q5 (hibrid)” – 58,2%
“Land Rover Discovery” – 57,9%
“Tesla Model Y” – 57,8%
“Audi A8 L” – 57,6%


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top