
8 sentyabr gecəsi Rusiya ordusu Kiyevə ballistik raketlər və hücum dronları ilə hücum edib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçko, hücumlar nəticəsində iki nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.
O bildirib ki, Solomenski rayonundakı zərbə beşmərtəbəli və üçmərtəbəli yaşayış binalarına ziyan vurub, anbarda yanğın baş verib:
“Darnitski, Podolski və Dneprovski rayonlarında da yanğınlar baş verib. Qoloseevski rayonunda 26 mərtəbəli qeyri-yaşayış binası hədəfə alınıb, 16 mərtəbəli yaşayış binası isə partlayış dalğasından zərər görüb”.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, dronlar Kiyev vilayətinin Boryspil və Fastiv rayonlarına zərbələr endirərək sənaye müəssisələrini və logistika kompleksini hədəf alıb. Tələfat barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz