
Azərbaycanda süni mayalanma yolu ilə alınan hər buzova görə tətbiq edilən 100 manatlıq subsidiya mexanizmi dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə bu məbləğ artıq bütün buzovlar üçün eyni olmayacaq.
Subsidiya heyvanın mənşəyinə və buzovun hansı üsulla əldə edilməsinə görə fərqləndiriləcək.
Belə ki, yeni qaydada yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzova 75 manat, ikinci və sonrakı nəsil buzovlara 150 manat veriləcək.
Yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzova görə subsidiya 50 manat, embrion köçürülməsi nəticəsində alınan buzova görə isə 250 manat olacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz