Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa edə bilər

Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bəyan edib ki, müəyyən şərtlər daxilində Tbilisi və Moskva diplomatik əlaqələrin bərpası məsələsini müzakirə edə bilər. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Abaşidze: "Tbilisi praktiki məsələlər üzrə Praqa və Cenevrə beynəlxalq diskussiyaları əsasında Rusiya ilə dialoqa hazırdır",-deyib. Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Tbilisinin bu mövqeyini alqışladığını bəyan edib. Xatırladaq ki, hazırda iki ölkə arasında dialoq Cenevrədə mütəmadi olaraq keçirilən görüşlər və diskussiyalar çərçivəsində aparılır. Gürcüstan Rusiya ilə diplomatik münasibətləri 2008-ci ilin avqust ayında Kremlin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq kəsib. Amma 2012-ci ildə Gürcüstanda hakimiyyətə gələn güclər Rusiya ilə diplomatik münasibətlərin bərpa edilməsi tərəfdarı kimi çıxış edirlər.

DİGƏR XƏBƏRLƏR

Top