
Bakı-Qazax yolunun 30-cu kilometrliyində, Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi meydana gəlib.
Sürücülər hadisə yerindən çəkilmiş fotoları Yeniavaz.com-a təqdim ediblər.
Bildirilir ki, qəzanın Bakı istiqamətində hərəkət edən BYD markalı avtomobilin sürücüsünün yuxulaması nəticəsində baş verdiyi ehtimal edilir.
Məlumata görə, avtomobil hərəkət zolağından çıxaraq dəmir məhəccərləri yararsız hala salıb və işıq dirəyinə çırpılaraq dayanıb.
Ölən və ya xəsarət alanların olması barədə hər hansı məlumat verilməyib.



Esmira Hidayətova
Tətbiqimizi yükləyə bilərsiniz