
Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.
Tətbiqimizi yükləyə bilərsiniz