İrlandiya vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir


İrlandiya vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Irish Times” qəzeti məlumat yayıb.
Məlumata görə, İrlandiya vətəndaşlığını almaq istəyən hər kəs ölkədə səkkiz il yaşamalı, həmçinin, dil imtahanından keçməli və iqtisadi cəhətdən özünü təmin etməlidir.
Nəşrin məlumatına görə, imtahan yalnız ingilis dili bilikləri ilə deyil, həm də irland dili bilikləri ilə verilə bilər.
Qeyd edək ki, bir il əvvəl İrlandiya hakimiyyəti pasport almaq üçün ölkədə tələb olunan yaşayış müddətini üç ildən beş ilə qədər artırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top