Zelenski ABŞ-nin Ukraynaya “qış yardım paketi”ni açıqladı


ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini və enerji yardımını əhatə edəcək xüsusi “qış yardım paketi” verilməsi ideyasını dəstəkləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios” portalına verdiyi müsahibədə bildirib.
“Burada təkcə raket təchizatından söhbət getmir. Burada söhbət həm də mayeləşdirilmiş təbii qaz təchizatından gedir”, - Zelenski qeyd edib.
Müsahibədə Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ qışdan əvvəl və qış mövsümündə deeskalasiya imkanlarını araşdırır.
“Axios” portalının məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə səfəri zamanı Zelenskiyə qışdan əvvəl münaqişələrin həlli danışıqlarında irəliləyiş əldə etmək istədiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top