
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun oyunçusu Lionel Messi və Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu Kriştianu Ronaldo karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaq.
Yeniavaz.com “Footmercato” nəşrinə istinadla xəbər verir ki, bu barədə Argentina millisinin və “Boka Xuniors”un keçmiş oyunçusu Karlos Teves məlumat verib.
Vida matçı 2026-cı ilin dekabr ayında Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək.
“Mən həmişə Kriştianunu və Leonu eyni komandada görmək arzusunda olmuşam. Onlar bütün dövrlərin ən böyük iki oyunçusudur. Mən onlarla, xüsusən də Kriştianu ilə əlaqə saxladım. Ona dedim ki, Kriştiano, istəyirəm ki, sən və Leo mənim vida matçımda eyni komandada oynayasan. Bütün dünya bu sehrin şahidi olsun. O, orada olacağını dedi. Leonu razı salmaq da çətin olmadı. Hər ikisi mənə razılıq verdi. Səbirsizliklə gözləyirəm. Çox emosional bir matç olacaq”, - Teves bildirib.
Qeyd edək ki, Teves Ronaldo ilə birlikdə “Mançester Yunayted”də, Messi ilə birlikdə isə Argentina millisində oynayıb.
Tətbiqimizi yükləyə bilərsiniz