
Fransada sentyabr ayı üçün yeni temperatur rekordu müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, rekord sentyabrın 6-da ölkənin cənubundakı Tarn departamentinin Lavor şəhərində qeydə alınıb.
Burada temperatur bazar günü 40,3°C-yə qədər yüksəlib.
Fransada sentyabr ayı üçün əvvəlki rekord isə 12 sentyabr 2022-ci ildə Land departamentinin Pissos şəhərində qeydə alınıb. O vaxt termometr şkalası 40,2°C-ni göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz