Tramp bu dəfə superqəhrəman oldu


Ağ Ev ABŞ Prezidenti Donald Trampı “DC Comics” superqəhrəmanı “Green Lantern” (“Yaşıl Fənər”) rolunda canlandıran video dərc edib.
Yeniavaz.com
xəbər verir ki, video “X” sosial media platformasında yerləşdirilib.
Süni intellektlə yaradılan yeni görüntülərdə o, miqrant axınının qarşısını almaq üçün nəhəng yaşıl divar hörür, sonra sənaye kompleksi yaradır və döyüş gəmiləri və təyyarələrin fonunda poza verir.
“Gecənin qaranlığında, gündüzün işığında şər məndən gizlənə bilməz. Pis fikirləri olanlar Fənərin işığından qorxurlar”, - deyə kadrlarda “Yaşıl Fənər Korpusu”nun andı səsələndirilib.
Qeyd edək ki, “DC Comics” kainatındakı “Yaşıl Fənər Korpusu” qalaktikalararası nizamı qoruyan müxtəlif planetlərdən olan superqəhrəmanların təşkilatıdır.
Xatırladaq ki, Tramp bundan əvvəl “Truth Social” sosial şəbəkə səhifəsində ABŞ Kosmik Qüvvələrinin yeni geyim formasının şəkillərini dərc etmişdi. Süni intellekt tərəfindən yaradılan şəkillər, dizaynlarının nasist formalarına bənzəməsi səbəbindən tənqid dalğasına səbəb olmuşdu. ABŞ Müdafiə Nazirliyinin belə bir formanı təqdim edəcəyinə dair hələlik rəsmi təsdiq yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top