“Formula 1”in 95 yaşlı keçmiş rəhbəri saxlanıldı


“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, 95 yaşlı britaniyalı iş adamı şəxsi təyyarəsi yerə endikdən dərhal sonra əməliyyat zamanı Tires hava limanında həbs edilib.
Nəşrin məlumatına görə, o, qanunsuz silah saxladığına görə saxlanılıb. Belə ki, Ekklstounda naməlum markalı ov tüfəngi aşkar olunub.
Berninin məhkəmə qarşısına çıxacağı, yoxsa yalnız rəsmi ittihamlarla üzləşəcəyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, 2022-ci ildə Ekklstounun üzərində Braziliya hava limanında təhlükəsizlik yoxlaması zamanı qeydiyyatsız tapança tapılmışdı. Dindirmə zamanı o, silahın ona məxsus olduğunu etiraf etmiş, lakin onun baqajında ​​olduğunu bilmədiyini açıqlamışdı. O, girov müqabilində azadlığa buraxılmışdı.
2023-cü ildə isə Eklstoun dələduzluqda ittiham olunmuşdu. London məhkəməsində o, Sinqapurdakı fondunda yerləşən 472 milyon avro dəyərindəki aktivlərini bəyan etmədiyini boynuna almış və 17 ay müddətinə şərti həbs cəzası almışdı.
Xatırladaq ki, Berni Ekklstoun 1978-ci ildən 2017-ci ilə qədər “Formula 1“in rəhbəri vəzifəsini icra edib. Onun yerinə amerikalı Çeyz Keri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top