Çempionlar Liqasının simvolik komandası açıqlandı – Ronaldo siyahıda yoxdur


Fransanın “L'Équipe” qəzeti Çempionlar Liqasının bütün dövrlər üçün simvolik komandasını tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya turnirin bütün dövrlərin ən çox qol vuran oyunçusu portuqaliyalı hücumçu Kriştianu Ronaldo daxil edilməyib.
Çempionlar Liqasının simvolik komandasını təqdim edirik:
Qapıçı: Rey Klemens (“Liverpul”).
Müdafiəçilər: Daniel Karvaxal (“Real Madrid”), Frans Bekkenbauer (“Bavariya”), Franko Baresi (“Milan”), Paolo Maldini (“Milan”).
Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”), Andres İnyesta (“Barselona”).
Hücumçular: Lionel Messi (“Barselona”), Yohan Kroyff (“Ayaks”), Corc Best (“Mançester Yunayted”), Alfredo Di Stefano (“Real Madrid”).
Qeyd edək ki, hazırkı UEFA Çempionlar Liqasının çempionu Fransanın “Pari Sen Jermen” klubudur. Onlar son turnirin finalında Londonun “Arsenal” komandasını məğlub etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top