
Amerikalı məşhur aktrisa Ancelina Coli Xarkova səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası rəsmi “Telegram” kanalında məlumat verib.
Məlumata görə, Coli şəhərin boks klublarından birinə baş çəkib.
Onun oğlu Noks ukraynalı boksçularla birlikdə Muay Tay boksu üzrə məşqlərdə iştirak edib.
Qeyd edək ki, Ancelina Coli avqustun 30-da Ukraynaya gedib. Hollivud ulduzu Lvov və Ternopolda olub. Colinin bu şəhərlərə səfərinin məqsədi açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz