Tramp Meksika, Kanada və Qrenlandiyanın “yeni xəritə”sini dərc etdi


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində Kanada, Meksika və Qrenlandiyanın Amerika bayrağının rəngləri ilə rəngləndiyi xəritə dərc edib.
Yeniavaz.com
xəbər verir ki, Tramp xəritə ilə bağlı heç bir şərh verməyib.
Xəritədə həmçinin ABŞ bayrağının rənglərində bir neçə Mərkəzi Amerika və Karib dənizi ölkəsi, eləcə də İslandiya təsvir olunub.
Amerika lideri dəfələrlə Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşməsi ehtimalını müzakirə edib.
Tramp həmçinin sosial şəbəkə səhifələrində ABŞ-nin Nyu-Meksiko ştatının adının dəyişdirilərək Yeni Amerika adlandırıldığı bir neçə xəritəsini dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top