
Böyük Britaniyanın “Jaguar Land Rover” avtomobil istehsalçısı 4000 iş yerini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə həftəlik “The Sunday Times” qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tariflərin tətbiq edilməsi və bu tariflər fonunda avtomobil satışlarının azalmasıdır.
İxtisarların iki il ərzində həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, ABŞ 2025-ci ilin aprel ayında bütün idxal olunan avtomobillərə 25% tarif tətbiq edib. Ötən ilin may ayında o vaxtkı Böyük Britaniyanın Baş naziri Kir Starmer danışıqlar nəticəsində ABŞ-nin Britaniya avtomobil məhsullarına tətbiq olunan tarifləri 10%-ə endirəcəyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz