Bakıda külək 15 ağacı sındırdı – Fotolar


Bu gün Bakıda külək nəticəsində 15 ağac sınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat verib.
Məlumata görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.
Birliyin əməkdaşlarının gücləndirilmiş iş rejimində işlədikləri bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top