Ermənistanla Aİ arasında vizasız rejim nə vaxt tətbiq ediləcək? – Avropa Komissiyası açıqladı


Avropa Komissiyası hələlik Ermənistanla vizasız rejimin tətbiqi üçün konkret bir müddət müəyyən etməyə hazır deyil.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Viza rejiminin liberallaşdırılmasının 2029-cu ilə qədər gözlənib-gözlənilmədiyi ilə bağlı suala Pinyo konkret bir tarix haqqında danışmağın hələ tez olduğunu qeyd edib.
“Viza rejiminin liberallaşdırılmasının 2029-cu il və ya başqa bir tarixdə olacağını proqnozlaşdırmaq tezdirmi? Mən deyərdim ki, bu belədir, dəqiq bir tarix demək üçün hələ tezdir”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan hökumət rəsmiləri Aİ ilə vizasız rejimin tətbiqi üçün mümkün tarixləri təklif etmişdilər. Əvvəlcə onlar 2028-ci ili, daha sonra isə 2029-cu ili müzakirə etmişdilər.
Xatırladaq ki, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoq 2024-cü ilin sentyabr ayında başlayıb. 2026-cı ildə Avropa Komissiyası İrəvana Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı (VLAP) təqdim edib. Sənəd dörd əsas sahə üzrə qruplaşdırılmış 74 bənddən ibarətdir. Bura biometrik sənədlərin təhlükəsizliyi, sərhəd və miqrasiya idarəetməsi, ictimai asayiş və cinayətkarlığın qarşısının alınması, eləcə də insan hüquqlarının qorunması daxildir.

DİGƏR XƏBƏRLƏR

Top