
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində ABŞ Kosmik Qüvvələrinin formasını \ks etdirən şəkil dərc edib.
Yeniavaz.com xəbər verir ki, dərc olunmuş şəkildə hərbçi kitel, kəmər, şalvar, papaq və çəkmə geyinib. Formanın qolunda, kəmərində və yaxalığında "Star Trek" serialındakı zabitlərin geyindiyi emblemləri xatırladan emblemlər var.
Qeyd edək ki, amerikalı siyasətçi bundan əvvəl sosial şəbəkə səhifəsində Ayın ABŞ-yə məxsus olduğunu bildirmişdi. O, həmçinin, Yerin peykinin üzərində Amerika bayrağı və “Ay bizimdir” yazısı olan şəkil dərc etmişdi.
Xatırladaq ki, avqustun sonunda Tramp Amerika Birləşmiş Ştatları Kosmik Akademiyasının yaradılması haqqında sərəncam imzalamışdı. O, sənədin imzalanmasını əhəmiyyətli bir hadisə adlandırmış və bunun üçün ixtisaslı hərbi kadrlardan və mülki mütəxəssislərdən ibarət bütöv bir nəslin təliminə və hazırlığına ehtiyac olduğunu qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz