Hacıqabulda bir ailənin ikisi azyaşlı olmaqla 4 üzvü dəm qazından zəhərlənib. Hacıqabul şəhəri 20 yanvar küçəsində yaşayan rayon sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Əfqan Rza oğlu, 1994-cü il təvəllüdlü Hüseynova Səadət Zahir qızı, onların övladları - 2011-ci il təvəllüdlü Hüseynli Şükran, 2013-cü il təvəllüdlü Hüseynli Rza dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.APA