
Bu ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 533,4 milyon dollar və ya 11,1% artaraq tarixi zirvəyə - 15 milyard 301,3 milyon dollara yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 4 milyard 51,9 milyon dollar və ya 36% artıb.
Qeyd edək ki, 2025-cü ilin avqust ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 249,4 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, daha əvvəl Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra həmin tarixədə aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz