
Avropa Parlamenti Macarıstandan LGBT əleyhinə qanununu ləğv etməsini tələb edəcək.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, oktyabr ayında Aİ qurumları ilə Macarıstan arasında yeni müzakirə mərhələsi başlayacaq.
Nəşr yazır ki, oktyabr ayında Avropa Parlamenti Macarıstanın Avropa normalarına nə dərəcədə uyğun olduğunu, o cümlədən LGBT əleyhinə qanunun ləğvi şərtlərini müzakirə etmək üçün Macarıstana bir missiya göndərəcək:
“Hələlik Peter Madyarın hökuməti qanunu ləğv etməyi planlaşdırmır. Missiya iştirakçıları həmçinin yekun hesabatlarını təqdim etmək üçün Macarıstandakı vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəklər”.
Qeyd olunub ki, Avropa Parlamentinin missiyası, Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən Macarıstana qarşı prosedurun dayandırılması üçün şərtlərin olub-olmadığını qiymətləndirməkdir:
“Bu, nəzəri olaraq ölkənin Avropa İttifaqının norma və dəyərlərini pozduğuna görə Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsinə səbəb ola bilər. Macarıstana qarşı prosedur 2018-ci ildə keçmiş Baş nazir Viktor Orbanın hökumətinə təzyiq göstərmək üçün başlanıb”.
Tətbiqimizi yükləyə bilərsiniz