
Ölkənin aparıcı şirkətlərindən biri olan “Top Properties” MMC (VÖEN – 1405039331) yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, “Top Properties” MMC-nin tərkibindən ayrılma nəticəsində “Novara Capital” MMC-nin yaradıldığı bildirilib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 147 milyon 244 min 352 manat 50 qəpik olan “Top Properties” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Ölkənin aparıcı banklarından olan “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-i “Top Properties” MMC-yə məxsusdur.
Onu da bildirək ki, bu ilin iyun ayında “Top Properties” MMC-nin yenidən təşkil olunması nəticəsində daha bir şirkət – “Vertex Development” MMC yaranıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz