
Ötən gün Abşeron rayonunun Masazır qəsəbəsində çəkildiyi bildirilən görüntülərdə eşşək sürüsünün küçələrdə hərəkət etməsi əks olunub.
Yeniavaz.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub.
Qeyd edək ki, kadrlarda küçədə 9 eşşəyin hərəkət etdiyi görünür.
Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu rəsmi məlumatda Abşeron rayonunda 6 baş eşşəyin mövcud olduğu qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz