
Müharibənin başlanğıcından bəri Moskvaya beşinci dəfə səfər edən və ilk dəfə Kiyevə səyahət edən ABŞ-nin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin yeni diplomatik səfərləri Ukraynadakı müharibənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyiş gətirməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr “Financial Times” qəzetinə bildiriblər.
“Uitkoff və Kuşner Kiyevdə Volodimir Zelenski, onun administrasiyasının yüksək vəzifəli rəsmiləri, eləcə də Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşdükdən sonra tərəflər müharibənin gələn qışa qədər bitməyəcəyi qənaətinə gəliblər”, - nəşr yazır.
Mənbələrin sözlərinə görə, Donald Trampın elçiləri “az sayda yeni ideya” gətiriblər və yalnız əvvəlki təklifləri canlandırmağa, eləcə də Kiyevlə Moskvanın mövqeləri arasındakı fərqləri azaltmağa çalışıblar.
“Kuşner və Uitkoff sülhə nail olmağı hədəfləyən əvvəlki sənədlərin yenidən işlənmiş versiyalarını gətiriblər. ABŞ-nin İrana hücumlara başlamasından və fevral ayında sülh danışıqları dayandırıldıqdan sonra vəziyyətdəki dəyişiklikləri əks etdirmək üçün onlara düzəliş edilib. Uitkoff Moskva və Kiyevdəki müzakirələri “yaxşı” adlandırsa da, onlar beş ildir davam edən müharibənin həllində irəliləyişə səbəb olmayıb”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz