Paşinyan Putinlə görüş üçün Moskvaya gedir – Nə danışacaqlar?


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcəklər.
Yeniavaz.com
xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşdə mümkün referendum və respublikanın inkişaf istiqamətinin seçilməsi məsələlərinin müzakirə olunacağını açıqlayıb.
“Bişkekdə Paşinyanla görüşdə ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məsələlər qeyd edilib. Paşinyanın Moskvaya səfər edəcəyi barədə razılıq əldə edilib. Dövlət başçıları əsas mövzunu - Ermənistanın inkişaf istiqamətinin seçilməsi, istiqamətləndirilməsi və referendum keçirilməsini müzakirə edəcəklər”, - deyə Peskov bildirib.
O əlavə edib ki, Ermənistan baş nazirinin səfərinin dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top