Trampın saç düzümü yenidən gündəm oldu – Foto


ABŞ Prezidenti Donald Trampın saç düzümü yenidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp Nyu-Cersidə ictimaiyyət qarşısına yeni saç düzümü ilə çıxıb.
Onun saçlarının əvvəlkindən daha tünd görünməsi və daranma istiqamətinin dəyişməsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri Trampın saçları ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər. Bəzi istifadəçilər onun parik taxdığını iddia edib.
Qeyd edək ki, Tramp bu iddiaları dəfələrlə təkzib edib. O, sonuncu dəfə sentyabrın 2-də Ağ Evdə çıxışı zamanı “Mən parik taxmıram” deyib.
Trampın bioqrafı Maykl Vulf isə başqa iddia irəli sürüb. Onun sözlərinə görə, prezident səfərləri zamanı saçları üçün xüsusi “təmir dəsti” daşıyır. İddiaya görə, bu dəstdə Trampın saç rənginə uyğun kiçik saç parçaları var.
Vulf həmin saç parçalarının Trampın başına necə və kim tərəfindən bərkidildiyini bilmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top