İsrail Livanı bombaladı – Ölü və yaralılar var


İsrailin Livan ərəblərinin yaşadığı Salem yaşayış məntəqəsinə hücumu nəticəsində iki qadın ölüb, altı nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Mayadeen” qəzeti məlumat yayıb.
“Sübh tezdən, sakinlər yatarkən bir neçə saniyə ərzində İsrailin qəfil hücumu evi dağıntıya çevirib. İki qadın ölüb, altı nəfər yaralanıb”, - nəşr yazır.
Bildirilib ki, oxşar hücum Kafr Rummanda da həyata keçirilib. Hərbçilər sənaye zonasındakı yaşayış məntəqəsinə hücum ediblər, nəticədə bir neçə nəfər yaralanıb və binalara ciddi ziyan dəyib.
Bundan əlavə, Nəbatiyyə şəhərinin Ər-Rəhbət məhəlləsinə də zərbələr endirilib və orada 1930-cu illərdə tikilmiş tarixi bir ev dağıdılıb. Qəzet yazır ki, davam edən münaqişələr zamanı bu ərazidə 50-dən çox tarixi ev dağıdılıb.

DİGƏR XƏBƏRLƏR

Top