“Barselona” 4 oyunda rəqib qapılarına 17 qol vurub


“Sabah” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi “Barselona” mövsümə diqqət çəkən göstəricilərlə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, İspaniya La Liqasının ilk 4 turunda Hansi Flikin rəhbərlik etdiyi “Barselona” bütün oyunlarını qələbə ilə başa vurub.
Kataloniya təmsilçisi “Elçe”ni 5:0, “Atletik Bilbao”nu 2:0, “Rayo Valyekano”nu 5:2, “Valensiya”nı isə 5:0 hesabı ilə məğlub edib. Komanda 4 oyunda 17 qol vuraraq liderliyə yüksəlib.
“Barselona”nın hücum göstəriciləri də diqqət çəkir. Komanda ilk 4 matçda rəqib qapısına 84 dəfə zərbə endirib.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması 25 noyabr 2026-cı ildə Bakıda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top