Nepalda ölənlərin sayı 1355 nəfərə çatdı


Avqust ayında Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1355 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə EFE ölkə hakimiyyətinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, yüzlərlə əcnəbi də daxil olmaqla təxminən 5000 nəfər hələ də itkin düşmüş hesab olunur və hərbçilər də daxil olmaqla 21 mindən çox insan axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.
Qeyd edək ki, bu gün Nepalda milli matəm günü elan edilib, hökumət binalarındakı bayraqlar yarıya endirilib.
Xatırladaq ki, Nepalın şimalında 26 avqustda baş verən qəfil daşqınlar nəticəsində buzlaq uçqunu baş verib. Buzlaq süxurları çökərək palçıq sürüşməsinə səbəb olub. Nəticədə Lhende Khola çayı boyunca irimiqyaslı daşqınlar meydana gəlib.

DİGƏR XƏBƏRLƏR

Top